29
Oktyabr

29 Oktyabr

Gecə ərzində gərgin döyüşlər davam edib 

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin...

29
Oktyabr

29 Oktyabr

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab...

29
Oktyabr

29 Oktyabr

Ermənistan ordusunun yüksək rütbəli bir neçə zabiti məhv edilib və yaralanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın...

29
Oktyabr

29 Oktyabr

Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı və texnikalarının videogörüntüsü

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursat, zirehli və avtomobil texnikalarının videogörüntüsünü paylaşıb.

29
Oktyabr

29 Oktyabr

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

29
Oktyabr

29 Oktyabr

Bərdənin qisası alındı: Bu şəhərdə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.

Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib.

29
Oktyabr

29 Oktyabr

Bərdənin qisası alınır

Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir.

29
Oktyabr

29 Oktyabr

Düşmənin qüvvə və vasitələri məhv edilib

Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin qüvvə və vasitələri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.