Cəbhə xəbərləri
Bərdənin qisası alındı: Bu şəhərdə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib
Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.
Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.