29
Oktyabr

29 Oktyabr

Cəbhə xəbərləri

Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı və texnikalarının videogörüntüsü

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursat, zirehli və avtomobil texnikalarının videogörüntüsünü paylaşıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.