Zəfərin yolu
Çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan daha bir sarsıdıcı zərbə alıb. Qəhrəman Azərbaycan Ordusu düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan şəhidlərimizin qisasını məhz döyüş meydanında alır.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası...
Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi Azərbaycan Ordusunun dəqiq atəşi ilə məhv edilib.
Düşmənə sarsıdıcı zərbələr vuraraq onun xeyli sayda canlı qüvvə və texnikasını məhv edən müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacağına dair verdiyi sözü yerinə yetirir. Mülki əhalini xaincəsinə hədəfə alan namərd düşmən bilməlidir ki, qəhrəman Azərbaycan əsgəri Ermənistan ordusunun axıtdığı...
Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.
Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilib.
Döyüş əməliyyatları davam edir.