Cəbhə xəbərləri
Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarılıb
Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarılıb.
Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarını məhv etməyə davam edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.