Cəbhə xəbərləri
Şəhidlərimizin qanını yerdə qoymayan ordumuz Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini dəqiq atəşlə məhv edib
Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi Azərbaycan Ordusunun dəqiq atəşi ilə məhv edilib.
Düşmənə sarsıdıcı zərbələr vuraraq onun xeyli sayda canlı qüvvə və texnikasını məhv edən müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacağına dair verdiyi sözü yerinə yetirir. Mülki əhalini xaincəsinə hədəfə alan namərd düşmən bilməlidir ki, qəhrəman Azərbaycan əsgəri Ermənistan ordusunun axıtdığı qana görə ondan qisas alacaq və alır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.