Yerli media
Şuşanın azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu - Rob Sobhani (Trend)
Şuşanın erməni işğalından azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu.
Bunu amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
Onun sözlərinə görə, ərazilərin işğaldan azad edilməsində uğurların səbəblərindən biri Azərbaycan Prezidentinin uzun illər ərzində diplomatiya sahəsində gördüyü işlər olub.
Ekspert hesab edir ki, Ermənistanın təslim olmaq və dayanıqlı sülh barədə razılaşma imzalamaqdan başqa seçimi yoxdur.
O əlavə edib ki, Azərbaycanın qarşısında azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq investorların cəlb edilməsi tapşırığı dayanır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.