Yerli media
Zəngilan rayonunun işğaldan azad edilmiş ərazilərindən yeni görüntülər (Azərtac)
Azərbaycanın bir qrup mətbuat nümayəndəsi erməni işğalından azad edilmiş Zəngilan rayonunda olublar.
Jurnalistlər Zəngilan rayonunun Mincivan qəsəbəsi və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olub, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər. Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. Bu yaşayış məntəqələri arasında Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi də var.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.