Yerli media
Cəbhədən son xəbərlər: İtkilər verən düşmən geri çəkilməyə məcbur edilir (Report)
"Günün Reportu"nun noyabrın 6-na olan buraxılışını təqdim edirik.
Bu buraxılışda izləyəcəyiniz xəbərlərin qısa başlıqları:
* İtkilər verən düşmən geri çəkilməyə məcbur edilir;
* Düşmənin silah-sursat anbarı partladı;
* Ermənilər Qubadlının məscidini donuzxanaya çevirib;
* Azərbaycanda ictimai nəqliyyatın tam dayandırılacağı şəhər və rayonların adları;
* Azərbaycanın hansı şəhər və rayonlarına giriş-çıxış dayandırılır;
* Nazirin adına tvitterdə saxta hesab açıldı;
* Pandemiya dövründə yardım alacaq sahibkarların sayı açıqlandı;
* İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydası açıqlanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.