07
Noyabr

7 Noyabr

Yerli media

Cəbrayıl və Füzuli rayonlarının erməni işğalından azad edilmiş ərazilərindən yeni görüntülər (Azərtac)

Azərbaycan və xarici mətbuat nümayəndələri erməni işğalından azad edilmiş Cəbrayıl və Füzuli rayonlarında olublar.

Jurnalistlər bir daha Cəbrayıl rayonunun Böyük Mərcanlı, Şəybəy kəndlərində, Füzuli şəhərinin mərkəzində və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olub, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.