06
Noyabr

6 Noyabr

Qubadlıdan olan din xadimi ermənilərin İslama qarşı təhqiramiz hərəkətlərinə görə UNESCO, ISESCO və İƏT-ə çağırış etdi (Azərtac)

Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunun Məmər kəndindəki məsciddə ermənilər tərəfindən donuz saxlanılması müsəlman aləminə, İslama təhqirdir. Hamı kimi mən də həmin görüntüləri videodan izlədim. Təsəvvür edin, rayonumuzun bu kəndi də digər torpaqlarımız kimi 27 ildir işğal altında idi və ötən illər ərzində bütün tikililərlə yanaşı, məscidlərimiz də tar-mar olunub,...

06
Noyabr

6 Noyabr

Daş Veysəlli sakini: Kəndimizi tərk edəndə övladımı qucağımda gətirmişdim, indi isə körpə nəvəmlə qayıdacağam (Azərtac)

Şanlı ordumuzun zəfər yürüşü nəticəsində azad edilən yaşayış məntəqələrimizin sakinlərinin 27 illik arzuları gerçəkləşir. Belə yaşayış məntəqələrimizdən biri də Cəbrayılın Daş Veysəlli kəndidir. Bu kənddən olan Səfərli ailəsi illər öncə doğma kəndlərindən çıxarkən götürdükləri Qarabağ xalçasını kəndlərinə qayıtmaq ümidi ilə qoruyub saxlayıb və artıq arzularının reallaşmasına sayılı günlər qalıb.

27 ildir bu arzu ilə...

06
Noyabr

6 Noyabr

“Heç bir şəhər “DQR”-nı tanıya bilməz” (AzVision)

Xarici əlaqələr, xarici işlər birbaşa şəhərlərin funksiyasına daxil deyil. Bu səlahiyyətlər dövlətin müvafiq strukturlarına, məsələn, Xarici İşlər Nazirliyinə məxsusdur.

Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşunas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, son vaxtlar ermənilərin Dağlıq Qarabağdakı qondarma qurumun hansısa ölkədə şəhər səviyyəsində "tanınmasını" qabartmaları hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Çünki beynəlxalq hüquqda şəhərlər bu kimi məsələlərdə ciddi rol oynamır:

"Rəsmi qaydada...

06
Noyabr

6 Noyabr

Qızıldan qiymətli torpaq (AzVision)

30 ilə yaxındı, torpaqlarımızın 20 faizi işğal altında idi. Sentyabrın 27-dən Ordumuzun başlatdığı əks-hücumlar nəticəsində bu ərazilər işğaldan azad edilir. Həmin ərazilər yeraltı və yerüstü sərvətlərilə zəngindir. Ümumiyyətlə, Qarabağ hər mənada varlı məkandır. Ona görə də, XVIII əsrdən bəridir bu torpaqları bizdən qopartmağa çalışırlar.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda ümumi faydalı qazıntılar üzrə yataqların demək olar, 90 faizdən çoxu məhz Qarabağ...

06
Noyabr

6 Noyabr

“Məsciddə donuz saxlamaq bəşəri cinayətdir” - Din xadimi (AzVision)

Qubadlı rayonunun Məmər kənd məscidinin donuz tövləsi kimi istifadə edilməsi erməni vandalizminin növbəti təzahürüdür.

Bunu ilahiyyatçı Hacı Surxay Həsənli deyib. Onun sözlərinə görə, dini ibadət yerinə bu cür hörmətsizlik bəşəri cinayətdir.

“Bu gün səmavi dinlər, xrsitianlıq, yəhudilik və islam insanları ədalətə, bərabərliyə, qardaşlığa səsləyir. Dinlərdə bu cür vandallıq yoxdur. Ermənilərin atdığı addım heç bir dinə, heç bir əqidəyə sığmır. Ermənilərin Xocalı...

06
Noyabr

6 Noyabr

Otto Hauzer: "Ermənistan işğal olunmuş bütün torpaqları qaytarmalıdır" (Report)

"Ermənistanın müharibəni dayandırıb işğal olunmuş bütün torpaqları qaytarmasının vaxtı çatıb. Ermənilər onlara məxsus olmayan, qanunsuz işğal etdikləri torpaqlar uğrunda ölürlər".

Bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan indi "Qarabağ klanı"nın güclü siyasi təzyiqi altındadır.

"Ermənistan əvvəl-axır başa düşməlidir ki, beynəlxalq hüquq öz müqəddəratını təyin etmək hüququndan daha üstündür. Dağlıq Qarabağ dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın...

06
Noyabr

6 Noyabr

Rusiyalı ekspert: “Azərbaycan qələbəyə çox yaxındır” (Report)

“Facebook” və “Yandex” rəhbərliyi mütləq haqqın Azərbaycanın tərəfində olduğunu və bütün beynəlxalq təşkilatların bunu təsdiqlədiyini gördü və saytlarında müvafiq düzəlişlər etdi - xəritədə Azərbaycan sərhədlərini yenilədilər”.

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

Onun sözlərinə görə, Azərbaycan qaçılmaz olaraq əraziləri üzərində nəzarəti bərpa edəcək: “Əksər insanlar da artıq bunu başa düşürlər. Hərbi uğurlar göstərir ki, bu, sadəcə, yaxın gələcəyin işidir”.

Ekspert qeyd...

06
Noyabr

6 Noyabr

Monoetnik Ermənistanda boğulan vicdan azadlığı (Report)

Tarixən Azərbaycan dini etiqadların azad olduğu yer olub. Ölkədə atəşpərəstlikdən tutmuş islamadək bütün dinlərin nümayəndələri var. Onların ibadət yerləri dövlət və cəmiyyət tərəfindən qorunur. Hər il Atəşgaha minlərlə zəvvar ziyarətə gəlir. Bakıda İçərişəhərdə xristian dininə məxsus Müqəddəs Varfolemeyin qəbri yerləşir. Onun ziyarət edilməsinə hər cür şərait yaradılır. Bundan başqa Azərbaycanda çoxlu sayda alban, pravoslav, katolik kilsələri, yəhudi sinaqoqları var.

Bu deməyə əsas...

06
Noyabr

6 Noyabr

“Can Qarabağ” oxuyan əsgərimiz: “Ordudakı ruh yüksəkliyi videodan bəllidir” (Report)

Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə yaralanan müğənni Məbud Əhmədov əməliyyat masasında oxuduğu “Qarabağ” mahnısı ilə bir anda günün trendinə çevrildi. İgid əsgər hətta əməliyyat masasında belə ağrını hiss etmədən qəhrəmancasına dayanır.