06
Noyabr

6 Noyabr

Yerli media

“Can Qarabağ” oxuyan əsgərimiz: “Ordudakı ruh yüksəkliyi videodan bəllidir” (Report)

Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə yaralanan müğənni Məbud Əhmədov əməliyyat masasında oxuduğu “Qarabağ” mahnısı ilə bir anda günün trendinə çevrildi. İgid əsgər hətta əməliyyat masasında belə ağrını hiss etmədən qəhrəmancasına dayanır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.