Zəfərin yolu
Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub, dinc sakinlər arasında ölən və yaralananlar var.
Düşmənin silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinlərindən ilkin məlumata görə 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Mülki obyektlərə və infrastruktura ciddi...
Ermənistanın işğalçılıq siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətləri göz önündədir. Düşmən məkrli, hiyləgər və riyakardır. Bir tərəfdən özü haqqında məzlum obraz yaratmağa çalışan Ermənistan digər tərəfdən də dinc azərbaycanlı əhaliyə divan tutur. Lakin Azərbaycan xalqı heç bir halda düşmənin hiylələrinə uyan deyil. Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından...
“Gəncəyə son raket zərbəsindən sonra, əminliklə deyə bilərik ki, həqiqətən hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, Paşinyan rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar”.
Bunu rusiyalı ekspert Andrey Petrov söyləyib.
Ekspertin sözlərinə görə, Paşinyan rejiminin mülki Azərbaycan əhalisi ilə bağlı planı var: “Ermənistanın hakimiyyətinin Azərbaycanın dinc sakinlərini öldürmək və dinc sakinləri qorxutmaq kimi planları və məqsədləri...
“Gəncəyə raket zərbələri endirilməsi Ermənistanın ən yüksək hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətdir. Çünki raket hücumu əmrinin ya Paşinyan, ya da Ermənistan müdafiə naziri Tonoyan tərəfindən verildiyi aydın məsələdir. Elə bu şəxslər törədilənlərə görə siyasi və cinayət məsuliyyəti daşıyırlar”.
Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Gecə vaxtı dinc şəhərə endirilən və böyük itki və dağıntılara səbəb olan raket zərbəsi heç...
Ermənilərin Gəncədə törətdikləri dəhşətli terror aktından 6 gün keçir.
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncəni raket atəşinə tutub. Düşmənin xain hücumu nəticəsində 10 nəfər mülki şəxs həlak olub, 34 sakin yaralanıb. Yaralananlar arasında qadın və uşaqlar da var.
Bundan əlavə, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib, yaşayış binası...
Ermənistan ordusunun Gəncəyə hücumunu pisləyirəm. Bu, cinayətdir.
Bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib.
O bildirib ki, mülki insanlara, mülki obyektlərə hücum beynəlxalq normalara ziddir və onların pozulmasıdır.
Sabiq diplomatın sözlərinə görə, Gəncəyə hücum onu göstərir ki, Ermənistan müharibəni udmayacağına əmindir: “Lakin, mülki insanlara hücum etmək yolverilməzdir. Bunu etmək olmaz”.
İrəvan bu gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc əhaliyə qarşı növbəti dəhşətli terror aktı həyata keçirib.
Bunu beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Gəncə şəhərinə növbəti alçaq hücum dünya birliyi tərəfindən cavabsız qalmamalıdır: “Hamımız bilirik ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün müharibə gedir. Azərbaycan öz ərazilərini qaytarmağa çalışır və hesab edirəm...