17
Oktyabr

17 Oktyabr

Yerli media

Gəncə terrorundan geriyə qalanlar (AzVision)

Ermənilərin Gəncədə törətdikləri dəhşətli terror aktından 6 gün keçir.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncəni raket atəşinə tutub. Düşmənin xain hücumu nəticəsində 10 nəfər mülki şəxs həlak olub, 34 sakin yaralanıb. Yaralananlar arasında qadın və uşaqlar da var.

Bundan əlavə, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib, yaşayış binası tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.