17
Oktyabr

17 Oktyabr

Yerli media

“Gəncəyə hücum cinayətdir və mən bunu pisləyirəm” - Metyu Brayz (AzVision)

Ermənistan ordusunun Gəncəyə hücumunu pisləyirəm. Bu, cinayətdir.

Bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib.

O bildirib ki, mülki insanlara, mülki obyektlərə hücum beynəlxalq normalara ziddir və onların pozulmasıdır.

Sabiq diplomatın sözlərinə görə, Gəncəyə hücum onu göstərir ki, Ermənistan müharibəni udmayacağına əmindir: “Lakin, mülki insanlara hücum etmək yolverilməzdir. Bunu etmək olmaz”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.