
Zəfərin yolu
Ermənistan rəhbərliyi dünya ictimaiyyətini guya Azərbaycan tərəfində xarici muzdluların döyüşməsi ilə bağlı apardığı uğursuz təbliğata inandırmağa çalışarkən, rəsmi İrəvan dünyanın müxtəlif yerlərindəki erməniləri ölkəyə gətirir.
Əlbəttə, İrəvan bu barədə istənilən halda danır və bəyan edir ki, diaspordan olan ermənilər Ermənistana gəlirlər və bu səbəbdən onlar guya muzdlu hesab edilə bilməzlər. Ermənilər istədiklərini iddia edə bilərlər, lakin beynəlxalq hüquqdan və 1977-ci il Cenevrə Konvensiyasından qaçış yoxdur. Orada muzdlunun...
Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir.
20 oktyabr tarixinə olan statistika açıqlanıb:
- 6 şəhərə 498 mərmi atılıb.
- 4 raket və 3 dron hücumu həyata keçirilib.
- Tərtərə 423, Ağdama 49, Ağcabədiyə 24, Goranboya 2 mərmi atılıb.
- Naftalan və Goranboya Smerç raketləri atılıb.
Tərtərdə 2 mülki öldürülüb, biri yaralanıb.
Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Oktyabrın 20-də saat 17:00 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulub.