20
Oktyabr

20 Oktyabr

Törədilən cinayətlər

Ermənistan ordusu Goranboy və Tərtər rayonlarının ərazisini raket-artilleriya atəşinə tutub

Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Oktyabrın 20-də saat 17:00 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.