20
Oktyabr

20 Oktyabr

Törədilən cinayətlər

Ermənilər 6 şəhərə 498 mərmi atıb

Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir.

20 oktyabr tarixinə olan statistika açıqlanıb:

- 6 şəhərə 498 mərmi atılıb.

- 4 raket və 3 dron hücumu həyata keçirilib.

- Tərtərə 423, Ağdama 49, Ağcabədiyə 24, Goranboya 2 mərmi atılıb.

- Naftalan və Goranboya Smerç raketləri atılıb.

Tərtərdə 2 mülki öldürülüb, biri yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.