04
Oktyabr

4 Oktyabr

Günahsız qurbanlar

Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 24-ə çatdı

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.

27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 15:30-dək ermənilərin atəşkəsi pozması nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb.

Bundan başqa 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.