04
Oktyabr

4 Oktyabr

Günahsız qurbanlar

Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır

Bu gün Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır.

Ermənistan Silahlı Qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 16 yaşlı Abdullayev Məleykə Tapdıq qızı, 10 yaşlı Əliyev Turqay Azər oğlu, 9 yaşlı İbrahimov Fərid Faiq oğlu, 7 yaşlı İbrahimova Banu Faiq qızı, 4 yaşlı Hacıyev Malik Aman oğlu və 1 yaşlı Eyubova Zəhra Xəyyam qızı yaralanıb.

Qeyd edək ki, Gəncə şəhərinin bu gün səhər Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.