03
Oktyabr

3 Oktyabr

Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslərin sayı açıqlandı

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb.

Təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.

Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır. Yaralıların 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır. Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb. Bütün faktlarla bağlı prokurorluqda...

03
Oktyabr

3 Oktyabr

Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini artilleriyadan atəşə tutub, iki bacı həlak olub

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu...