Günahsız qurbanlar
Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslərin sayı açıqlandı
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb.
Təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.
Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır. Yaralıların 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır. Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb. Bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.