Zəfərin yolu
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.
08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən...
Cəbhə boyunca Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tutmaqda davam edir.
Oktyabrın 4-də yaralıları daşıyan təcili tibbi yardım avtomobili Ağcabədi rayonunun Sarıcallı kəndi ərazisində düşmən artilleriyasının hücumuna məruz qalıb. Sürücü Əliyev Yasər Alik oğlu və həkim anestezioloq Babayev Tural Akif oğlu ağır bədən xəsarətləri alıblar.
Oktyabrın 6-da isə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində...