11
Oktyabr

11 Oktyabr

Dövlət obyektlərinə dəyən ziyan

Gəncədə məktəb binalarına da ziyan dəyib

Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb.

Həmçinin 10-dan artıq çoxmənzilli yaşayış binasına, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.