04
Oktyabr

4 Oktyabr

İranın Bakıdakı səfirliyi Azərbaycanın mülki obyektlərinə, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir

İranın Bakıdakı səfirliyi Azərbaycanın mülki obyektlərinə, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir.

İran səfirliyindən bildiriblər ki, Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonda Azərbaycan və Ermənistan arasında yeni toqquşma dalğası başlayan gündən etibarən çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak...

04
Oktyabr

4 Oktyabr

Türkiyə XİN: İşğal altındakı Azərbaycan torpaqlarında məğlubiyyətə düçar olan Ermənistan insanlıq cinayətləri edir

Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Həmin hücumun qınanıldığı bildirilən açıqlamada daha sonra deyilir: “İşğal altındakı Azərbaycan torpaqlarında məğlubiyyətə düçar olan Ermənistan başda Cenevrə Konvensiyası olmaqla insan hüquqlarının bütün formalarını pozaraq işğal etdiyi...

04
Oktyabr

4 Oktyabr

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib

Oktyabrın 4-də Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib.

Bəyanatda Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumunu pisləyir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistan ilə Azərbaycan arasındakı...