04
Oktyabr

4 Oktyabr

Xarici ölkələr

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib

Oktyabrın 4-də Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib.

Bəyanatda Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumunu pisləyir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistan ilə Azərbaycan arasındakı hərbi toqquşmalar zamanı Azərbaycan Respublikasının Xocalı şəhəri və Dağlıq Qarabağ bölgəsinə dəymiş zərər və insanlıq əleyhinə cinayətlərlə bağlı dərin narahatlığını bildirir, hadisə nəticəsində həlak olanların yaxınlarının dərdinə şərik olaraq bu iki qonşu ölkə arasında problemin birdəfəlik həllini və bu hadisənin səbəbkarlarının mühakiməsini istədiyini bildirir. Sənəddə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ən qısa zaman ərzində icra edilməsinə çağırış əks olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsində bu ölkə ilə qəti şəkildə həmrəy olduğunu bəyan edir. Milli Şuranın Yuxarı Palatası, həmçinin sözügedən məsələyə dair dərhal öz mövqeyini bildirdiyi üçün Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyinə təşəkkürünü ifadə edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.