01
Oktyabr

1 Oktyabr

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pisləyib

Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

Sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində...

01
Oktyabr

1 Oktyabr

Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayıb

Malayziya parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası dostluq qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayılıb.

Sənəd dostluq qrupunun sədri Datuk Rosman Bin Datuk Haji İsli tərəfindən oktyabrın 1-də imzalanaraq Azərbaycanın Malayziyadakı səfirliyinə göndərilib.

Bəyanatın mətnində deyilir: “Biz - Malayziya Parlamentində Malayziya–Azərbaycan dostluq qrupunun üzvləri sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı başlamış hücumları pisləyirik. Biz...

01
Oktyabr

1 Oktyabr

Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Mərakeşin Xarici İşlər Nazirliyinin Azərbaycanın bu ölkədəki səfirliyinə ünvanlandığı notada Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.

Notada Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır.

“Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan...