29
Sentyabr

29 Sentyabr

Niderlandın Xarici İşlər naziri Ermənistanın növbəti təcavüzü barədə məlumatlandırılıb

Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Niderland Xarici İşlər naziri Stef Blok ilə telefon danışığı olub.

Bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Niderland Xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və hazırkı vəziyyəti sorğu edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov həmkarını Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu...

29
Sentyabr

29 Sentyabr

Azərbaycan və Latviyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirib və hazırkı durum ilə maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş...

29
Sentyabr

29 Sentyabr

Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır

Sentyabrın 29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus arasında telefon danışığı olub.

Litvalı nazir Linas Linkeviçyus bölgədə gərginliklə bağlı narahatlığını ifadə edərək atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində əks-həmlələr həyata keçirdiyini bildirib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı...

29
Sentyabr

29 Sentyabr

Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid edirik

Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 28 sentyabr 2020-ci il tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair aşağıdakıları bildiririk:

İlk növbədə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış...

29
Sentyabr

29 Sentyabr

Nazirlik və Baş Prokurorluq Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Sentyabrın 27-29-da Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə...

29
Sentyabr

29 Sentyabr

Leyla Abdullayeva: Azərbaycanın mülki əhalisinin hədəfə alınması Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətidir

Azərbaycanın mülki əhalisinin və mülki infrastrukturun hədəfə alınması Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətləridir.

Biz Ermənistanın bu müharibə cinayətlərini qətiyyətlə qınayırıq və mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutaraq onları qorxu içində saxlamaq cəhdlərinə son verməsini tələb edirik. Eyni zamanda, beynəlxalq ictimaiyyəti Ermənistanın başlatdığı bu yeni təcavüz aktını, eləcə də bu təcavüz çərçivəsində mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə...