29
Sentyabr

29 Sentyabr

Xarici İşlər Nazirliyi

Leyla Abdullayeva: Azərbaycanın mülki əhalisinin hədəfə alınması Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətidir

Azərbaycanın mülki əhalisinin və mülki infrastrukturun hədəfə alınması Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətləridir.

Biz Ermənistanın bu müharibə cinayətlərini qətiyyətlə qınayırıq və mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutaraq onları qorxu içində saxlamaq cəhdlərinə son verməsini tələb edirik. Eyni zamanda, beynəlxalq ictimaiyyəti Ermənistanın başlatdığı bu yeni təcavüz aktını, eləcə də bu təcavüz çərçivəsində mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmasını kəskin şəkildə qınamağa, həmçinin Ermənistan tərəfindən beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquq çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri təmin etməyə çağırırıq.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.