29
Sentyabr

29 Sentyabr

Xarici İşlər Nazirliyi

Azərbaycan və Latviyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirib və hazırkı durum ilə maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti, eləcə də digər təxribatçı addımlar barədə həmkarına məlumat verərək, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu qanunsuz fəaliyyətinə lazımi reaksiyanın göstərilməməsinin işğalçı ölkənin 27 sentyabr tarixində yeni təcavüz aktına imkan yaratdığını bildirib.

Diqqəti xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki əhalini hədəfə aldığına yönəldən nazir, bu halın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayəti olduğunu vurğulayıb. Bölgədə yaşanan gərginliyə görə məsuliyyətin tam şəkildə Ermənistanın üzərində olduğu bildirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.