23
Oktyabr

23 Oktyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşüb

Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən...

23
Oktyabr

23 Oktyabr

Ceyhun Bayramovun “The Washington Times” qəzetində “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsi dərc olunub

Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə Ermənistan tərəfindən “Skud” raketləri atıldı. Gecə saatlarında və təxliyəyə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədən, hücum edilərək evlər və günahsız ailələr hədəf alındı. On dörd mülki şəxs həlak oldu; digər 40 nəfər ağır yaralandı.

Bu ikinci hücum...

23
Oktyabr

23 Oktyabr

Azərbaycanın Xarici İşlər naziri Vaşınqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Vaşinqtona səfəri çərçivəsində oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə nazir Ceyhun Bayramov Ermənistan tərəfinin iki dəfə humanitar atəşkəsi pozduğunu, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutduğunu və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyduğunu qeyd edib. Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını...

23
Oktyabr

23 Oktyabr

Nazir Ceyhun Bayramov ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşüb

Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq çərçivəsində...

23
Oktyabr

23 Oktyabr

Vaşinqtonda Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü keçirilib 

Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın...