29
Sentyabr

29 Sentyabr

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sentyabrın 28-də saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. 

Fakta görə Cəbrayıl rayon prokurorluğunda...

29
Sentyabr

29 Sentyabr

Baş Prokurorluq və XİN Ermənistanın yeni hücumları ilə bağlı birgə bəyanat yayıb

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

27-29 sentyabr tarixlərində Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan...

29
Sentyabr

29 Sentyabr

Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33 nəfərə çatıb

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri...

29
Sentyabr

29 Sentyabr

Ermənilərin təxribatı nəticəsində 35 nəfər yaralanıb

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 12 nəfər şəxs isə həlak olub.

Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

29
Sentyabr

29 Sentyabr

Azərbaycanın Baş prokuroru Rusiyanın Baş prokuroruna müraciət edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın bu ölkədə yaşayan 20 minə yaxın erməni soydaşını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının köməyi ilə göndəriləcəyinə dair bəyanatı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə...