
Vətən mahnıları
“Azərbaycan”
Vətən müharibəsi dövründə bəyənilən bəstələr arasında gənc müğənni Çinarə Məlikzadənin ifa etdiyi “Azərbaycan” mahnısı da var. Musiqisi Emin Sabitoğluna, sözləri Nəriman Həsənzadəyə məxsus bəstənin videoçarxını Fərid Həsənov hazırlayıb. Mahnı illər öncə ifa edilmiş olsa da Vətən müharibəsi dövründə yenidən populyarlıq qazanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.