28
Sentyabr

28 Sentyabr

Vətən mahnıları

Döyüş, qalib olanacan...

Azərbaycanda hərbi vətənpərvərlik ruhunda yeni klip hazırlanıb.

Şəmistan Əlizamanlının ifa etdiyi "Döyüş, qalib olanacan" adlı klip Strateji Kommunikasiyalar Mərkəzinin sifarişi ilə ərsəyə gəlib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.