
Vətən mahnıları
“Atəş”
2020-ci ildə ən çox diqqət çəkən vətənpərvərlik mövzusunda yazılmış mahnılardan biri gənc müğənni Nərmin Kərimbəyova və Ceyhun Zeynalovun ifa etdiyi “Atəş” mahnısıdır. Musiqisi Alxanlıya, aranjimanı Yaşar Baxışa məxsus bəstəyə DSX-nin əməkdaşı, Əməkdar jurnalist Rövşən Cahangirov ekran həyatı verib. Klipin hazırlanmasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin video arxivindən istifadə olunub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.