Vətən mahnıları
“Qələbə”
Tanınmış müğənni Xəyyam Nisanov yeni layihəsini təqdim edib.
“Qələbə” adlanan musiqi parçasının ifasında xalq artisti Alim Qasımov, populyar müğənni Jah Khalib, və Natiq Ritm Qrupu iştirak edib. Mahnının musiqisi Tural Məmmədliyə, sözləri isə Jah Khalib və Leyla Quliyevaya aiddir. Müxtəlif musiqi janrlarının öz əksini tapdığı ekran işində Xəyyam eyni zamanda tamaşaçılar qarşısına nağarada ifa etmə bacarığını da nümayiş etdirib.
2020-ci ilin sonlarında təqdim olunan klipin çəkilişlərinin bir hissəsi Qobustan dövlət tarixi-bədii qoruğunda baş tutub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.