Vətən mahnıları
"Korku nedir bilmeyiz"
Türkiyənin Milli Müdafiə Nazirliyi Qarabağda qələbə qazanan Azərbaycan əsgərlərinə həsr olunmuş videoçarx hazırlayıb.
Nazirlik videonu “Dağlıq Qarabağda böyük qələbə qazanaraq bizləri qürurlandıran Azərbaycan türkü qardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə ithaf olunur” başlığı ilə rəsmi tvitter hesabında paylaşıb.
Videoda Türkiyə və Azərbaycan əsgərlərinin "komando andı"nın müşayiəti ilə çəkilən görüntüləri yer alıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.