Sosial media
Vətən müharibəsinin ilk şəhid həkimi
Sosial mediada ən çox paylaşılan fotolardan biri də Vətən müharibəsinin ilk şəhid həkimi olan Turqut Xəlilbəyli oldu. Hər kəs tibb xidməti leytenantı olan Turqutun qəhrəmanlığını, yaralılar üçün fədakar davranışlarını qeyd edir, şəhidimizi yad edərək onun haqqında informasiyalar paylaşırdı.
Xatırladaq ki, Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Onunla bağlı fotolar və məlumatlar isə sonrakı günlərdə ən çox müzakirə olunan mövzulardan biri oldu.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.