08
Oktyabr

8 Oktyabr

Sosial media

Düşmənin daha bir döyüş bayrağı ələ keçdi

İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğalçılardan təmizləməsini əks etdirən xeyli sayda foto və videogörüntülər yayıldı. Sosial şəbəkələrdə fəxarətlə paylaşılan və hərbçilərimizin uğurunu əks etdirən əsas fotolardan biri də ermənilərin briqadasının məhv olduğunu sübut edən döyüş bayrağı şəkili oldu. Əsgərimizin düşmənin döyüş bayrağını ələ keçirməsi erməni ordusunun vacib hərbi rəmzlərini belə qoyub qaçmaqlarından xəbər verirdi.

Yayılan görüntülərdə ermənilərin "qəhrəman"ı Vartan Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı briqadasının döyüş bayrağı əks olunub. Müharibə dövründə döyüş bayrağını itirən ordu isə məğlub ordu sayılır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.