Sosial media
Düşmənə məğrur şəkildə mərmi atan topçu
Müharibənin son günlərində düşmən üzərinə mərmini atıb qürurlu geri dönüşü ilə hamının ürəklərini fəth edən topçunun videosu böyük maraqla qarşılandı. Videodan kəsilən foto da sosial şəbəkələrdə geniş şəkildə paylaşıldı.
Müdafiə Nazirliyinin yaydığı həmin videodakı qəhrəmanımız isə əsgər Vüsal İslam oğlu Şahkərimov idi. Sosial şəbəkələrin trendinə çevrilən Vüsalın mərmi atışı, bu döyüş anını əks etdirən foto isə müharibədə qələbəmizin simvollarından birinə çevrildi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.