28
Sentyabr

28 Sentyabr

Sosial media

Qismən səfərbərlikdən sonra hərbi komissarlıqlarda izdiham yaşandı

Azərbaycan Prezidentinin qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalaması xalqımız tərəfindən sevinclə qarşılandı. Sosial şəbəkələrdə hər kəs bu xəbəri paylaşır, gənclərimiz, Orduya könüllü yazılanlar isə ön xəttə toy-bayramla gedirdilər.

Hərbi komissarlıqlarda yaşanan izdihamı əks etdirən fotolar da sosial mediada ən çox paylaşılan görüntü oldu.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.