Sosial media
İşğalçı ordunun simasına çevrilən bərbad görkəmli əsgər
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusundakı xaos, özbaşınalıq o həddə çatmışdı ki, hətta əsgərlərin nizamsızlığı rəsmi foto və videolara da yansıyırdı. Belə görüntülərdən birini elə Ermənistan Müdafiə Nazirliyi yaydı. Foto qısa zamanda sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox paylaşılaraq lağ edilən şəkilə çevrildi. Çünki Ermənistan Müdafiə Nazirliyində gerçəkləşdirilən mətbuat konfransına Azərbaycan ordusuna qarşı vuruşan yöndəmsiz geyimli bir erməni əsgəri qatılmışdı. O, anormal hərəkətləri ilə də diqqət çəkib. Əsgərin laqeyd davranışları-dişini qurdalayaraq, rəsmi tədbirə çəkələklə gəlməsi gülüş doğurdu.
Ümumilikdə erməni ordusunun real mənzərəsini təsvir edən foto sosial mediada ən çox paylaşılan şəkillərdən biri oldu. Hər kəs bu brifinqdən çəkilən məlum görüntünü paylaşaraq əsgərin simasında Ermənistan ordusundakı vəziyyətin nə qədər acınacaqlı olduğunu yazırdı.