26
Oktyabr

26 Oktyabr

Sosial media

Trendə çevrilən "Bəs Cəbrayıla yol çəkirdin. Nə oldu, Paşinyan?"

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində işlətdiyi bəzi ifadələr sosial şəbəkələrdə fenomenə çevrilərək hər kəs tərəfindən paylaşıldı. Onun canlı yayımda çıxışı zamanı "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!" deməsi xalqımız tərəfindən fəxr və qürur hissi ilə qarşılandı.

Ali Baş Komandanın xalqa məlum müraciəti və fikirləri qısa zamanda sosial mediada trendə çevrildi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.