Sosial media
Vətən müharibəsində şəhid olan yeganə xanım hərbçi
Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım hərbçi şəhidi Arəstə Baxışovanın fotosu sosial mediada xalqımızın ən çox paylaşdığı şəkillərdən biri oldu. Döyüşlərin davam etdiyi vaxtda xanım hərbi qulluqçunun şəhid olması xəbəri hər kəsi üzdü. İnsanlar Arəstə Baxışova ilə bağlı məlumatları sosial şəbəkələrdə yayaraq onun ailəsinə öz dəstəyini bildirirdilər.
Hərbi tibb qulluqçusu çavuş Arəstə Baxışova Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.