18
Oktyabr

18 Oktyabr

Sosial media

Füzuli şəhərinin mərkəzində dalğalanan şanlı bayrağımız

İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərin getdiyi bölgələrdən biri də Füzuli oldu. Vətən müharibəsi zamanı şəhərin uğurlu şəkildə işğaldan azad olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı.

Məhz Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması sosial mediada ən çox paylaşılan görüntülərdən biri idi. Qəhrəman Azərbaycan əsgərlərinin düşməni tarixi və əzəli torpaqlarımızdan qovaraq növbəti əraziyə bayraq sancması, Ali Baş Komandana məruzə etməsi hər kəsdə qürur hissi oyatdı!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.