18
Oktyabr

18 Oktyabr

Sosial media

Azərbaycan bayrağı Xudafərində

Strateji cəhətdən mühüm əhəmiyyətə malik olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandı. Sosial şəbəkələrdə uzun illər Ermənistan ordusunun işğalda saxladığı bu tarixi ərazidə müzəffər əsgərlərimiz və bayrağımızın olmasını əks etdirən foto yayıldı. Hər kəs Xudafərində Azərbaycan bayrağının dalğalanmasına sevinərək məlum fotonu qürur hissi ilə paylaşdı.

Elə həmin gün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə Xudafərinin azad olunmasını məruzə edən hərbçilərimizin videosu da yayıldı. Tarixi körpüdə dalğalanan Azərbaycan bayrağı və sözügedən video sosial mediada trendə çevrildi.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.