15
Oktyabr

15 Oktyabr

Sosial media

Dəfn mərasimini vuran mənfur düşmən

Oktyabrın 15-i daha çox ermənilərin Tərtəri vurması ilə yadda qaldı. Hər zaman dinc sakinləri hədəf seçən düşmən, bu dəfə isə dini inanc yerlərini, xüsusən qəbiristanlıqları hədəf aldı. İşğalçı ordu insanların cəm şəkildə toplaşaraq dəfn mərasimdə iştirak etdiyi vaxt öz çirkin əməlin həyata keçirtdi. Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına ağır artilleriyadan intensiv atəş açması nəticəsində 4 mülki şəxs həlak oldu, 4 nəfər isə ağır yaralandı.

Xalqımız üçün acı faciələrdən sayılan bu hadisə sosial mediada ciddi şəkildə qınandı. İnsanlar dəfn mərasimini belə hədəf seçən erməni vandallara öz nifrətini bildirir, hadisə ilə bağlı paylaşımlar edərək faciə qurbanlarının yaxınlarına öz dəstəyini ifadə edirdilər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.