12
Oktyabr

12 Oktyabr

Sosial media

Gəncəyə raket zərbəsi nəticəsində hər iki valideynini itirən uşaqlar

Oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərınə raket zərbəsi endirdi. Dinc əhaliyə qarşı yönəlmiş bu növbəti hərbi cinayətin qurbanları arasında Nurçin və Anar Əliyevlər də oldu. Valideynlərini itirən 16 yaşlı Sevil Əliyeva və səkkiz yaşlı qardaşı Hüseyn Əliyevin ürəkdağlayan fotosu isə sosial mediada geniş yayıldı. Hamı sosial şəbəkələrdə hər iki valideynini dəfn edən uşaqların fotosunu paylaşır, işğalçı ordunun vandal əməllərini pisləyərək dünyanı erməni terroru və hərbi cinayətlərinə son qoymağa çağırırdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.