05
Noyabr

5 Noyabr

Tələbələr Bayraq Meydanında keçirilən “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsində iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq və Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrinin açıq havada rəsm müsabiqəsi təşkil edilib. Tələbələrin əksəriyyəti sərgiyə hərbi formada qatılıblar.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Naxçıvan şəhərindəki Bayraq Meydanında təşkil edilən müsabiqənin əsas məqsədi çəkilən rəsmlərdə qələbəyə inam, şəhidlərin əziz xatirəsinə ehtiram hisslərinin ifadəsi olub.

Fakültə müəllimlərinin rəhbərlik etdiyi...

05
Noyabr

5 Noyabr

Mayaminin əsas yollarında “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-ın digər ştatlarına...

05
Noyabr

5 Noyabr

“Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən elmi konfrans başa çatıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Kitabxana ilə birgə keçirdiyi “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfrans başa çatıb.

Bölmənin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüz və soyqırımı siyasəti həyata...

05
Noyabr

5 Noyabr

Qazaxlı məktəblidən hərbçilərimizə dəstək

Torpaqlarımızı işğaldan azad edən hərbçilərimizə hər kəs arxa cəbhədə dayaq, kömək olmağa çalışır. Bu da təbii ki, xalq-ordu birliyinin təzahürüdür. Xalqımız bir yumruq kimi birləşib. Böyükdən-kiçiyə hər kəsin arzusu Qarabağımızın düşmən işğalından azad edilməsidir.

Qazax rayon Kosalar kəndində yaşayan məktəbli özünə saz almaq üçün yığdığı pulu tərəddüd etmədən Silahlı Qüvvələrə Yardım Fonduna keçirib.

Arxa cəbhənin də öz qaydaları var. Bu qaydalar ön cəbhədə xidmət edən, düşmənlə...

05
Noyabr

5 Noyabr

Əsgər anası: Böyük Qələbəmizə az qalıb

Ermənistan ordusu dinc insanları, o cümlədən uşaqları, anaları qadağan olunan dəhşətli silahlarla qətlə yetirir, şəhər və kəndlərimizi dağıdır. Bu azmış kimi, indi də fosforlu mərmilərdən istifadə edir, meşələrimizi yandırır, ekoloji terror törədirlər. Dünyanın aparıcı dövlətləri isə ermənilərin bu vəhşiliyinə göz yumurlar. Bəs, erməni analar hara baxır?! Axı, onların övladları başqa torpaqda vuruşur, özü də qətlə yetirilirlər.

Bu sözləri Kürdəmir rayonunun Sığırlı kəndindən olan əsgər...

05
Noyabr

5 Noyabr

Vətən qarşısında xidməti olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

Bu gün Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərilir, onların mənzil-məişət problemləri həll olunur, müalicələri üçün müvafiq təyinatlı tibb müəssisələrinə göndərişlər verilir. Həmçinin bu qəbildən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən təqaüd və müavinətlərin məbləği artırılır, bu istiqamətdə yeni normativ-hüquqi aktlar qəbul edilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial...

05
Noyabr

5 Noyabr

“Yurd” Azərbaycanlıların Milli Mədəni Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Son günlər Qarabağdan gələn xoş xəbərlər bütün azərbaycanlıları sevindirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad edir, düşmənə sarsıdıcı zərbələr vurur. İllərdir gözlənilən bu şad xəbərlər təkcə ölkə daxilində deyil, sərhədlərimizdən uzaqlarda yaşayan azərbaycanlılar tərəfindən də böyük coşqu ilə qarşılanır.

Azərbaycan Ordusunun bu şanlı zəfəri Rusiyanın Kemerova vilayətində yaşayan həmyerlilərimizə də...

05
Noyabr

5 Noyabr

“İlhamlı qələbələr” adlı orduya dəstək kampaniyası davam edir

Məlum olduğu kimi, bu ilin sentyabrın 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir. Buna qarşı da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə müzəffər Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başlayıb. Hazırda düşmən təxribatının qarşısı alınır və hərbi əməliyyatlar uğurla davam etdirilir. Artıq işğalda olan bir çox yaşayış məntəqələrimiz, eləcə...