19
Oktyabr

19 Oktyabr

Orduya dəstək

Türkiyə ictimaiyyəti Azərbaycana dəstək aksiyalarını davam etdirir

Türkiyədəki siyasi partiyaların Kocaeli şəhərində fəaliyyət göstərən yerli təşkilatları və QHT-lər növbəti dəfə Azərbaycan dəstək bəyanatı yayıblar.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündarın imzası ilə yayılan bəyanatda Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti və mövcud hərbi hücumları kəskin şəkildə qınanılır. Bildirilir ki, Xocalı soyqırımı başda olmaqla, Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlər beynəlxalq hüquqa təhdid, insanlığa düşmənçilikdir. Diqqətə çatdırılır ki, vəziyyətin bu yerə gəlib çatmasına əsas səbəb ATƏT-in Minsk qrupunun məsuliyyətsizliyidir. Dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan təcavüzkar və terrorçu dövlətdir.

Ermənistanın 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycan ərazisinin 20 faizinin işğalını bundan sonra da davam etdirməsi yolverilməzdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.